Kriştianu Ronaldunun rekordları

UEFA Çmepionlar Liqasının 1/4 finalı ərəfəsində maraqlı statistika paylaşıb. SportLine.az xəbər verir ki, yazıda Portuqaliya millisinin və Madrid "Real"ının hücumçusu Kriştianu Ronaldunun klub karyerasında əldə etdiyi rekordlar da yer alıb.

Futbolçunun malik olduğu rekordları diqqətinizə çatdırırıq:

  • UEFA klub yarışlarında ən çox qol vuran futbolçu: 120 qol
  • UEFA Çempionlar Liqasında ən çox qol vuran futbolçu: 117 qol
  • UEFA Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu: 17 qol (2013/2014)
  • UEFA Çempionlar Liqasında ən çox qalib olan futbolçu: 4 dəfə (Andres İnyesta və Klarens Sedorfla birlikdə)
  • UEFA Çempionlar Liqasında 3 final görüşündə qol vuran yeganə futbolçu
  • UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirilən 6 oyunun hamısında qol vuran yeganə futbolçu
  • "Real"ın UEFA Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçusu (Madrid klubunun aktivində 443 qol var)
  • "Qızıl buts" mükafatına ən çox sahib çıxan futbolçu: 4 dəfə (Lionel Messi ilə birlikdə)
  • UEFA klub yarışlarında ən çox "ən yaxşı" seçilən futbolçu: 4 dəfə
  • "Ballon d'Or" ("Qızıl top") mükafatına ən çox yiyələnən futbolçu: 5 dəfə (Lionel Messi ilə birlikdə)
  • FİFA-nın "Ən yaxşı futbolçu" mükafatına ən çox sahib çıxan oyunçu: 5 dəfə (Lionel Messi ilə birlikdə)
  • UEFA.com istifadəçiləri tərəfindən "İlin komandası"na ən çox seçilən futbolçu: 12 dəfə (2004 və 2007-2017-ci illər)