Kuarejma nazir Azad Rəhimovla görüşüb
Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma Bakıda Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb.
Sportline.az xəbər verir ki, görüşdə Azad Rəhimovla yanaşı, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov və "Beşiktaş" fanatları da iştirak ediblər.
Nazir portuqaliyalı yarımmüdafiəçini salamlayıb və futbolçunun gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığını bildirib.
O, UEFA Avropa Liqasının finalının yüksək səviyyədə keçdiyini və ölkəyə gələn qonaqların yaradılan şəraitdən razı qaldığını qeyd edib.
Daha sonra Kuarejma Azərbaycan və Portuqaliya arasındakı dostluğa görə diplomla təltif olunub.