Kuareşma "Beşiktaş"dan FİFA-ya şikayət etdi

"Beşiktaş"ın portuqaliyalı futbolçusu Rikardo Kuareşma klubunu FİFA-ya şikayət edib. SportLine.az "Milleyet"ə istinadən xəbər verir ki, futbolçu klub tərəfindən edilən cərimələrdən narazıdır. 

2015/16 mövsümündə 12 sarı, 2 qırmızı, 2016/17 mövsümündə 10 sarı və cari mövsümdə 3 sarı, 1 qırmızı vərəq ilə cəzalandırılan R.Kuareşma klubu tərəfindən 350 min avro məbləğində cərimələnib. Onun əvəzləmələrdən sonra komandanın texniki heyətinə qarşı göstərdiyi münasibətlər də cəriməsinin böyüməsinə gətirib çıxarıb. 

Futbolçu isə bu cərimələrlə razı deyil. Buna görə, klubunu FİFA-ya şikayət etmək barədə qərar qəbul edib.

Qeyd edək ki, 34 yaşlı hücumçu 2015-ci ildə "Porto"dan transfer olunub.