Kuareşma Ronaldunu üstələdi
DÇ-2018-in 3-cü turu çərçivəsində keçirilən İran - Portuqaliya görüşünün ən yaxşı oyunçusu müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Portuqaliya seçməsinin hücumçusu Rikardu Kuareşma "ən yaxşı" seçilib.
Qeyd edək ki, 1:1 hesablı heç-heçə ilə yekunlaşan görüşdə hesabı R.Kuareşma açıb.