Kuareşmanın cəzası açıqlandı
Türkiyə Futbol Federasiyası İntizam Komitəsi Türkiyə Kubokunun yarımfinal mərhələsində keçirilən "Beşiktaş" - "Fənərbağça" görüşündə yaşananlara hüquqi qiymət verib.
SportLine.az xəbər verir ki, çıxarılan qərara əsasən, "qara qartal"ın yarımmüdafiəçisi Rikardo Kuareşma 5 oyunluq cəzalandırılıb və ona 15 min türk lirəsi məbləğində cərimə kəsilib.
Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan derbidə "Beşiktaş"dan Kuareşma, "Fənərbağça"dan isə Alper Potuk və Volkan Dəmirəl qırmızı vərəqə ilə cəzalandırılıb.