"Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur" - Tərlan Əhmədov

“Bu gün birinci divizion klubu ilə üz-üzə gəlsək də, ilk hissədə çətinlik çəkirdik, qol vura bilmirdik. İkinci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq”.

SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1 /8 final mərhələsində “Şüvəlan”la keçirilən oyundan sonra deyib.

3:0 hesablı qələbəni şərh edən çalışdırıcı kubokunda mümkün qədər irəliləməyə çalışdıqlarını bildirib: “Aqil Nəbiyev “Şüvəlan”da yaxşı kollektiv qura bilib. Buna görə onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”.