Kubokun finalı Diyarbəkirdə

Türkiyə Kubokunun finalının keçiriləcəyi stadion müəyyənləşib.

SportLine. az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, həlledici görüş Diyarbəkirin mərkəzi stadionunda olacaq.

TFF-nin idarə heyəti ölkədəki yarışların təhlükəsiz şəraitdə reallaşdığını bütün dünyaya göstərmək üçün sözügedən qarşılaşmanın Diyarbakırda tikilən yeni stadionda olacağına qərar verib.

Qeyd edək ki, Türkiyə kubokunun finalı mayın 9-u keçiriləcək.