Kubokun finalında meydan sahibi məlumdur

Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, Peşəkar Futbol Liqasında reallaşan püşkatmadan sonra “Qəbələ” klubu meydan sahibi elan olunub.

Püşkatmada “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil edib.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı 19 may tarixdə Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq.