PFL-dən kubokun finalı ilə əlaqədar açıqlama
Azərbaycan kubokunun final matçı Qəbələ şəhər stadionunda keçiriləcək.
Sportline.az xəbər verir ki, PFL prezidenti Ramin Musayev bununla bağlı qərarın dəyişməyəcəyini bildirib. Final matçının məkanının əvvəlcədən müəyyənləşdiyini vurğulayan Musayev əlavə müraciətlərə baxılmayacağını deyib.
Qeyd edək ki, ötən gün "Neftçi" üzərində qələbə qazanaraq (3:1) finala adlayan "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov finalın Qəbələdə keçirilməsini istəmədiyini və buna görə PFL-ə müraciət edəcəklərini açıqlamışdı.