"Kukesi" - "Qarabağ" matçının hakimləri məlumdur

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Kukesi" (Albaniya) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, görüşü Norveç Futbol Federasiyasından Hobber Nilsen idarə edəcək. Ona Harald Qronevik və Oskar İsaksen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Erik Steen yerinə yetirəcək.

Qeyd edək ki, "Kukesi" - "Qarabağ" görüşü iyulun 25-i keçiriləcək.