"Kukesi"nin Bakıya səfər proqramı açıqlandı
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ”ın qonağı olacaq "Kukesi”nin Bakıya səfər proqramı açıqlanıb.
Sportline.az xəbər verir ki, Albaniya futbolçuları bu gün Bakı vaxtı ilə saat 23:00-da Azərbaycan səfərinə çıxacaqlar.
Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kukesi” görüşünün start fiti 21:00-da səslənəcək. Səfərdən qolsuz bərabərliklə dönən "Qarabağ" cavab matçının favoriti sayılır.