Kuryoz penalti gülüşə səbəb oldu

Meksikada 17 yaşadək futbolçulardan ibarət komandaların görüşündə kuryoz penalti qolu qeydə alınıb.

Sportal.az xəbər verir ki, heç-heçə ilə yekunlaşan “Çivas” - “Lobos” matçının penaltilər seriyasında maraqlı hadisə yaşanıb. Meydan sahiblərinin 11 metrlik nöqtəyə yaxınlaşan futbolçusunun zərbəsindən sonra qapı tirinə tuş gələn top hündürə qalxıb. Qolkiper topun kənara çıxacağını düşünsə də, əksinə olub.

Banner