"Layiq olduğumuz qiyməti vermirlər" - Messi şikayətləndi
Lionel Messi Argentina millisindəki gələcəyindən danışıb.
SportLine.az AS nəşrinə istinadən xəbər verir ki, futbolçu ölkəsinin mətbuatından şikayətlənib:
"Üç dəfə final oynamışıq. Doğrudur, hər üçündə uduzmuşuq. Amma finala yüksəlmək də böyük əziyyət tələb edir. Argentina mətbuatı finala yüksəlməyimizdən yox, finaldakı məğlubiyyətimizdən danışır. Layiq olduğumuz qiyməti vermirlər. Uğurlarımıza göz yumurlar. Bu da komandanın əhval-ruhiyyəsinə təsir edir".
Futbolçu Dünya çempionatının ardından milli ilə vidalaşa biləciyini deyib:
"Millidəki karyeramla bağlı hazırda nəsə deməyə çətinlik çəkirəm. Bu, Dünya çempionatındakı nəticəmizdən asılı olacaq. Ola bilsin, Mundialın ardından milli komanda ilə vidalaşdım".