Lempard Eşli Koulu istəyir

"Derbi Kaunti" klubunu çalışdıran Frenk Lempard sabiq komanda yoldaşı Eşli Koulun xidmətində maraqlıdır. SportLine.az "The Guardian"a istinadən xəbər verir ki, hazırda azad agent statusu olan futbolçu da İngiltərəyə qayıtmağa hazırdır.

38 yaşlı futbolçu 2006-2014-cü illərdə "Çelsi"də çıxış edib. Onun sonuncu iş yeri "Los Anceles Qalaksi" komandası olub.