Lempard İngiltərə klubuna baş məşqçi təyin olundu

Frenk Lempard məşqçilik karyerasına başlayıb. SportLine.az xəbər verir ki, "Çelsi"nin əfsanəvi futbolçusu "Derbi Kaunti"nin uğurları üçün çalışacaq. 

Klubun rəsmi saytının yaydığı məlumata görə, 39 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb. 

Təqdimat mərasimində F.Lempard komandanın uğur qazanması üçün əlindən gələni edəcəyinə söz verib: "Bu, mənim baş məşqçi kimi ilk təcrübəm olacaq. Ancaq karyeram ərzində təcrübəli mütəxəssislərlə işləmişəm və özümü hazır hiss edirəm. Azarkeşləri sevindirmək və komandanı Premyer Liqaya yüksəltmək üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Qeyd edək ki, "Derbi Kaunti" hazırda "Çempionşip"də mübarizə aparır.