“Lənkəran” amerikalı basketbolçunu heyətinə qatıb

"Lənkəran" basketbol klubu heyətini amerikalı oyunçu ilə gücləndirib.

Bu barədə Sportline.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

24 yaşlı Teron Montqomery mövsümün sonuna kimi komandamızın Lənkəran komandasının formasını geyinəcək. Hücumçu 203 sm boya malikdir. Teronun sonuncu klubu Kosta Rika təmsilçisi "ARBA Koyotes" olub.

Qeyd edək ki, "Lənkəran" daha əvvəl amerikalı Raşed Dyson və Aydın ibrahimovu da heyətinə cəlb edib.