"Lənkəran"dan sonuncu transfer

"Lənkəran" basketbol klubu sonuncu transferini həyata keçirib.

Bu barədə Sportline.az-a cənub təmsilçisindən məlumat verilib.

ABŞ-dən olan Bilal Şabazz ilə anlaşma əldə olunub. 25 yaşlı oyunçu Kiprin "Axiles" klubunun formasını geyinib.

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Ehsan Şabani, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Diso,Teron Montqomeri, Nmeso Nnebedum, Antoni Tseqakele və Akit Çoudharinin transferini həyata keçirib.