Leroy Sane "Bavariya"da

Almaniyanın "Bayern" klubu "Mançester Siti"dən Leroy Sanenin transferini yekunlaşdırıb.

Sportline.az "France Football"a istinadən xəbər verir ki, Münhen təmsilçisi "şəhərlilər"ə bu keçid üçün 110 milyon avro təzminat ödəyəcək. 23 yaşlı vingerin illik maaşı 18 milyon avro olacaq.

"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer etmişdi. Sane ötən mövsüm 47 oyuna 16 qol vurub, 18 assist edib.