"Lester"in baş məşqçisi daha 6 il klubda qalacaq

"Lester" baş məşqçisi Brendan Rodcerlə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə müqavilənin müddəti 2025-ci ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, daha əvvəl "Suonsi", "Liverpul", "Seltik" kimi klubları çalışdıran Rodcers 2019-ci ilin ilk aylarından "Lester"də işləyir.

Əlavə edək ki, onun komandası hazırda İngiltərə Premyer Liqasında 35 xalla 2-cidir.