Levandovski "Çelsi"yə keçə bilər
"Bavariya"nın hücumçusu Robert Levandovski "Çelsi"nin hədəfindədir.
SportLine.az "Sun"a istinadən xəbər verir ki, "zadəganlar" cari mövsümün sonunda 29 yaşlı futbolçunu transfer etmək niyyətindədir.
Qeyd edək ki, R.Levandovski də son müsahibələrinin birində Premyer Liqada çıxış etmək istədiyini bildirib.