Libertadores Kubokunun finalı insidentə görə təxirə salındı

Libertadores Kubokunun finalı çərçivəsində "Boka Xuniors" və "River Pleyt" komandaları arasında planlaşdırılan görüş təxirə salınıb. SportLine.az xəbər verir ki, buna oyundan öncə yaşanan insident səbəb olub.

Azarkeşlər "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum ediblər. Nəticədə, avtobusun şüşələri qırılıb. 

Bu səbəbdən, matçın bu gecə Bakı vaxtı ilə saat 00:00-da keçirilməsi barədə qərar qəbul edilib.

Məlumata görə, oyuna azarkeşlər də buraxılacaq.