Libertadores kubokunun finalı "Santyaqu Bernabeu"da olacaq
Libertadores kubokunun final oyunun məkanı və vaxtı müəyyənləşib.
SportLine.az xəbər verir ki, "River Pleyt" və "Boka Xuniors" komandaları arasında matç Madridin "Santyaqu Bernabeu" arenasında təşkil olunacaq. Qarşılaşma dekabrın 9-u, Bakı vaxtı ilə saat 23:30-a planlaşdırılıb.
Qeyd edək ki, bu komandalar arasında ilk oyunda qalib müəyyənləşməyib - 2:2. Cavam matçından öncə yaşanan qalmaqal səbəbi ilə qarşılaşmanın vaxtı bir neçə dəfə təxirə salınıb. Nəhayət, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) oyunun neytral meydanda keçirilməsi barədə qərar qəbul edib.