"Linfild" Bakıya gəlir

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Linfild” bu gün Bakıya yola düşüb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb.
Şimali İrlandiya klubunun ölkəmizə axşam 20:00-da çatacağı gözlənilir.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Linfild” matçı  avqustun 29-u saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda Ağdam klubu 2:3 hesabı ilə uduzub.