"Lion" kubokla vidalaşdı
Fransa Kubokunda daha bir yarımfinalçı müəyyənləşib. SportLine.az xəbər verir ki, doğma meydanda "Lion"u qəbul edən "Kan" qələbə qazanmaqla adını növbəti mərhələyə yazdırıb. "Lion" isə yarışla erkən vidalaşıb.
"Kan"a qələbəni Diomandenin 77-ci dəqiqədə vurduğu qol qazandırıb.
Xatırladaq ki, bundan öncə PSJ, "Şambli" və "Le Arbe" də yarımfinala yüksəlmişdi.