Lionel Messi məğlubiyyətdən danışdı

Amerika kuboku turnirində qrup mərhələsinin  ilk oyununda Kolombiya seçməsinə 0-2 hesabı ilə məğlub olan Argentina komandasının üzvü  Lionel Messi açıqlama verib.

Sportline.az xəbər verir ki, ən yaxşı mübarizə apardıqları dəqiqələrdə qol buraxdıqlarını deyən futbolçu Paraquvay seçməsi ilə oyunda meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib. Messi bu məğlubiyyəti tezliklə unudacaqlarını və  növbəti oyunlar haqqında daha ciddi düşünəcəklərini vurğulayıb.