Lionel Messi: "O an topa vurduqdan sonra Alissona baxdım..."

Çempionlar Liqasının yarımfinalında "Barselona" - "Liverpul" (3:0) görüşündən sonra Lionel Messi jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, argentinalı ulduz futbolçu Koutinyonun fitə basılmasının xoşagəlməz hadisə olduğunu bildirib.

"Çox danışmağa dəyməz. Yaxşı nəticə qazandıq. Əla oynadıq və hesabdan razıyıq. Çox sürətli görüş oldu. Ona görə də çox yorğunam. Azarkeşlərlə yenidən birləşməliyik. Azarkeşlərin Koutinyoya etdikləri xoşagəlməz idi. Biz azarkeşlərlə birikdə hərəkət etməliyik".

Lionel Messi eyni zamanda 600-cü qolundan da danışıb.

"O an topa vurduqdan sonra Alissona ("Liverpul"un qapıçısı) baxdım. Yerindən inanılmaz sıçrayış etdi. Topun "90"-a getdiyi üçün şanslı idim".