Litva millisinin heyətində dəyişiklik edildi

Yoldaşlıq görüşündə Azərbaycan millisi ilə üz-üzə gələcək Litva komandasının heyətində dəyişiklik edilib. SportLine.az xəbər verir ki, müdafiəçi Valdemar Borovski heyətdən kənar düşüb.

Litva mətbuatının məlumatına görə, baş məşqçisi Valdas Urbonas "Riteriai"nin heyətində “Jalgiris”lə matçda (1:1) zədələnən futbolçunu komandadan kənarlaşdırmalı olub. V.Borovskini “Kauno Jalgiris”li Egidius Vaytkunas əvəzləyəcək.

Qeyd edək ki, martın 22-də AVRO-2020-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşacaq Litva bundan 3 gün sonra "Bakcell Arena"da yığmamızın qonağı olacaq.