"Benfika" "Liverpul"un 61 milyonluq təklifini rədd etdi

Cari mövsüm, həm Premyer Liqada, həm də Çempionlar Liqasında çempionluğu hədəfləyən "Liverpul" heyətini gücləndirmək niyyətindədir. SportLine.az "Correiro da Manha"ya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Portuqaliya millisinin gənclərdən ibarət millisində çıxış edən Joao Feliksə "elçi düşüb".

Hazırda "Benfika"da çıxış edən 19 yaşlı hücumameylli yarımmüdafiəçi üçün İngiltərə klubu 61 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bildirib. Lissabon klubu bu təklifi rədd edib. 

"Liverpul"un cari mövsümün sonunadək "Benfika"nı razı salmağa çalışacağı bildirilir.

Qeyd edək ki, J.Feliks "Benfika"nın əsas komandasında meydana çıxdığı 8 oyunda 4 dəfə fərqlənib. O, Portuqaliyanın U-21 komandasında iştirak etdiyi 9 oyunda da eyni sayda qol vurub.