"Liverpul" autsayderlə görüşə hazırdır

İngiltərə çempionatında 36-cı turun görüşlərinə hazırlıq gedir.

Sportline.az xəbər verir ki, “Mançester Siti”nin zirvəyə yüksəlməsindən sonra titul uğrunda imkanları saxlamaq üçün “Liverpul” da qələbə qazanmalıdır. Mersisaydlılar bu tur “Haddersfild”i qəbul edəcəklər.

Bütün turnirlər daxil olmaqla son 18 oyunda məğlub olmayan “Liverpul” Premyer Liqada çempionluq mübarizəsini davam etdirir. Komanda həm də ardıcıl 9 görüşdə qələbələri sıralayır. Premyer Liqadakı son matçda “qırmızılar” “Kardiff Siti”ni səfər görüşündə 2:0 hesabı ilə məğlub ediblər.

36-cı tur ərəfəsində “Liverpul” 88 xalla 2-ci pillədə qərarlaşıb. Çempionatda qalmayacağı dəqiqləşən “Haddersfild” isə son 7 oyundaməğlub olub.

Qeyd edək ki, “Liverpul” – “Haddersfild” görüşü aprelin 26-da Bakı vaxtı ilə saat 23-də başlanacaq. Oyun İdman Azərbaycan kanalında canlı yayımlanacaq.