Çempionlar Liqasında qolsuz gecə

UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma təşkil olunub. 

Diqqətlər, əsasən, İngiltərəyə yönəlib. Yarışın favoritlərindən "Liverpul" və "Bavariya" münasibətləri "Enfild Roud"da üz-üzə gəlib. Matçda hesab açılmayıb. 

Fransada keçirilən "Lion" - "Barselona" görüşü də başladığı kimi bitib.

20 fevral 2019
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)

"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0
Baş hakim:
Canluka Rokki (İtaliya)
"Enfild Roud", Liverpul

"Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0
Baş hakim:
Cüneyt Çakır (Türkiyə)
"Park Olimpik Lionne", Lion