"Liverpul" bu hücumçu üçün 80 milyon avro ayırıb

"Lill"in hücumçusu Nikolya Pepe Premyer Liqada çıxış edə bilər.

Sportline.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" kot-d`ivuarlı futbolçuya görə Fransa təmsilçisinə 80 milyon avro ödəməyə hazırdır. 24 yaşlı hücumçu özü İspaniya La Liqasına can atsa da, onun "Dumanlı Albion"a gedə biləcəyi də istisna olunmur. Pepenin daim start heyətdə oynaya biləcəyi komandaya üstünlük verəcəyi bildirilir.

Qeyd edək ki, Pepe geridə qalan mövsümdə Fransa çempionatında 22 qol vurub.