"Liverpul" çempionluq mübarizəsindən əl çəkmir: növbəti qurban - "Çelsi"

İngiltərə Premyer Liqasında gərgin çempionluq mübarizəsi davam edir.

Sportline.az xəbər verir ki, çempionluğa iddialı "Liverpul" "Çelsi" ilə görüşdə qalib gələrək 85 xalla liderliyini qoruyub. Onun ən yaxn izləyicisi 1 oyun az keçirən "Mançester Siti"dir. "Şəhərlilər"in aktivində 83 xal var.

"Liverpul" 2:0 "Çelsi"
Qollar:
Sadio Mane, 51 (1:0), Məhəmməd Salah, 53 (2:0).