"Liverpul" darmadağın oldu
İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir.
Sportline.az xəbər verir ki, ilk oyun günündə “Aston Villa”nın qonağı olan “Liverpul” böyük hesablı məğlubiyyətə uğrayıb. Əsas komandası klublararası dünya çempionatında iştirak etmək üçün Qətərdə olan “Liverpul” bu görüşə gənclərdən ibarət heyətlə çıxıb və 5 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb.
İngiltərə Liqa Kuboku
1/4 final
17 dekabr
Aston Villa - Liverpul 5:0