"Liverpul" dünya çempionu oldu

Klublararası dünya çempionatının finalı keçirilib.

Sportline.az xəbər verir ki, həlledici oyunda İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” klubları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtın 99-cu dəqiqəsində mersisaydlılar Roberto Firminonun qolu ilə qalib gəlib. Bu nəticədən sonra "qırmızlar" turnirin qalibi adını qazanıb.

3-cü yer uğrunda görüşdə isə Meksikanın “Monterrey” klubu Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasına qalib gəlib.