"Liverpul" liderliyini daha da möhkəmlətdi

İngiltərə Premyer Liqasında 14-cü tura start verilib.

Sportline.az xəbər verir ki, "Brayton"u qəbul edən "Liverpul" 2:1 hesablı qələbə qazanıb.

Premyer Liqada turnir cədvəlinə 40 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" və "Lester Siti" 29 xalla 2--cü yerləri bölüşür. "Çelsi" 26 xalla 4-cü, "Tottenhem" 20 xalla 5-cidir.

"Liverpul" - "Brayton" - 2:1

Qollar: Vircil van Dayk, 18, 24 - Lyüis Dank, 79

Qırmızı vərəqə: Alisson Beker, 76 ("Liverpul")