"Liverpul" mövsümə qələbə ilə başladı

İngiltərə Premyer Liqasında 2019-2020-ci il mövsümünə start verilib.

Sportline.az xəbər verir ki, mövsümün ilk qarşılaşmasında “Liverpul”  “Norviç”i qəbul edib. “Enfild” stadionunda keçirilən açılış oyununda Yürgen Kloppun komandası 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun növbəti oyunları 10-11 avqust tarixlərində keçiriləcək.

9 avqust

23:00. "Liverpul" - "Norviç" - 4:1
Qollar: Qrant Hanley, 7-avotoqol  (1:0), Məhəmməd Salah, 19 (2:0), Vircil van Deyk, 28 (3:0), Divok Oriqi, 42 (4:0), Taemu Pukki, 64 (4:1)