"Liverpul" - "Portu"
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi başlanıb.
Sportline.az xəbər verir ki, “Liverpul” Enfild stadionunda “Portu” ilə mübarizə aparıb. 54 mindən çox azarkeşin tribunadan izlədiyi görüşün ilk hissəsində 2 qol vurulub. İlk dəqiqələrdən üstünlüyə yiyələnən meydan sahibləri erkən qola seviniblər. 5-ci dəqiqədə Roberto Firminonun ötürməsindən sonra komandanın qvineyalı futbolçusu Nabi Keita hesabı açıb.
Fasiləyədək fərq daha da artıb. İlk qolun ötürməsini edən Firmino 26-cı dəqiqədə özü fərqlənib. 2:0. İkinci hissənin əvvəllərində meydan sahiblərindən Sadio Mane qonaqların qapısından 3-cü topu keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb. “Liverpul” “Portu”nu 2:0 hesabıyla məğlub edib. Cavab oyunu aprelin 17-də Bakı vaxtı ilə saat 23-də başlanacaq.