"Liverpul" "Portu"nu, "Tottenhem" "Mançester Siti"ni məğlub etdi

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi başlanıb.

Sportline.az xəbər verir ki, ilk oyun günündə diqqətlər İngiltərənin yaşıl meydanlarına yönəlib. “Tottenhem” və “Mançester Siti” Premyer Liqadakı mübarizəni Çempionlar Liqası müstəvisinə çıxarıb. İlk dəfə Avrokubok səhnəsində üz-üzə gələn komandalardan "Tottenhem" minimal hesablı qələbəyə sevinib.

Günün digər matçında İngiltərənin daha bir təmsilçisi  “Liverpul” “Portu” ilə qarşılaşıb. Ardıcıl ikinci mövsüm ÇL-də üzləşən klublardan mersesaydlılar qalib gəliblər. 

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

23:00. “Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) 1-0
Qol:
Son Hun-Min, 78.
Baş hakim: Byorn Keypers (Hollandiya)
London. “Tottenhem” stadionu

23:00. “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) 2-0
Qol: 
N. Keyta, 5 (1:0), R. Firmino, 26 (2:0).
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Liverpul. “Enfild” stadionu.