"Liverpul" Premyer Liqada liderliyi ələ alıb

Son 2 qələbə ilə autsayderlər qrupundan bir az da uzaqlaşan “Sauthempton” yerli azarkeşlər önündə “Liverpul”u qəbul edib.

Sportline.az xəbər verir ki, oyuna daha fəal başlayan meydan sahibləri erkən qola seviniblər. 9-cu dəqiqədə Şeyn Lonq hesabı açıb. Fasiləyədək hücumlarını gücləndirən qonaqlar 36-cı dəqiqədə istəklərinə çatıblar. Qvineyalı futbolçu Nabi Keita tarazlığı bərpa edib. 1-1.

İkinci hissədə daha 2 qol vurulub. Yurqen Kloppun komandası 80-ci dəqiqədə meydan sahibini 2-ci dəfə mərkəzə dəvət edib. Bu dəfə Məhəmməd Salah fərqlənib. 2:1. Cəmi 6 dəqiqə sonra fərq daha da artıb. Cordan Enderson topu rəqib qapısından keçirib. 3:1 hesabıyla qələbə qazanan “Liverpul” 82 xalla liderdir. Bir oyun az keçirən “Mançester Siti” isə 80 xalla 2-ci yerdədir.