"Liverpul" Salahın maaşını artırır

"Liverpul" Məhəmməd Salahla müqavilə yeniləməyə hazırlaşır.

SportLine.az "Sun"a istinadən xəbər verir ki, misirli futbolçu yeni şərtlərə əsasən, daha çox maaş alacaq. Onun həftəlik məvacibi 185 min funt-sterlinq olacaq.

Qeyd edək ki, M.Salah ötən il "Roma"dan "Liverpul"a transfer edilib.