"Liverpul" "topçular"ı əliboş yola saldı

İngiltərə Premyer Liqasında üçüncü turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, lider "Liverpul" evdə "Arsenal"ı 3:1 hesabı ilə məğlub edib.

"Liverpul" 9 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. "Arsenal" 6 xalla 2-cidir.

"Liverpul" - "Arsenal" - 3:1

Qollar: Matip, 41, Salah, 49 (pen.), 58 - Lukas Torreyra, 85