"Liverpul" üçün ciddi itki

“Liverpul” İngiltərə superkubokunda “Mançester Siti” ilə görüşə ciddi itki ilə çıxacaq.

Sportline.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Sadio Mane oyunda iştirak etməyəcək. 

Bu barədə “Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun saytına açıqlamasında deyib. O, Seneqal yığması ilə Afrika Millətlər Liqasında iştirak edən Maneyə avqustun 5-nə qədər istirahət verdiyini bildirib.

Qeyd edək ki, “Liverpul” ilə “Mançester Siti” arasında keçiriləcək superkubok matçı avqustun 4-də olacaq.