"Liverpul" yeni rekordun astanasında

"Liverpul" Premyer Liqada ardıcıl 31 matçda məğlub olmamaqla rekordunu yeniləyib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "mersesaydlılar" 11 aydır uduzmur. İngiltərə klubu  bu nəticə ilə 31 il öncəki - 1987-1988-ci illər mövsümündəki rekordunu yeniləyib. "Qırmızılar" növbəti turda "Everton"a məğlub olmasalar, klub tarixinin yeni rekordunu müəyyənləşdirəcəklər.

Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində  40 xalla vahid liderdir.