"Liverpul" yenidən liderlik taxtında

İngiltərə Premyer Liqasının 35-ci turunda "Liverpul" Kardiff Siti"nin qonağı olub.

Sportline.az xəbər verir ki, mersisaydlılar 2:0 hesablı qələbə ilə yenidən liderliyə yüksəliblər.

"Liverpul" 86 xalla yarış cədvəlinin birincisidir. Ondan bir oyun az keçirən "Mançester Siti" isə 84 xalla ikinci pillədə qərarlaşıb.

"Kardiff" 0:2 "Liverpul
Qollar:
Vaynaldum, 57 (0:1), Milner - pen. 81 (0:2).