"Liverpul"a çempionluq qazandıran qələbə

Bu gün UEFA Çempionlar Liqasında 2018/2019-cu illər mövsümünə yekun vurulub.

Sportline.az xəbər verir ki, qitənin ən böyük klub turnirinin finalında İngiltərə komandaları - “Tottenhem”lə “Liverpul” mübarizə aparıb.

2:0 hesablı qələbəyə sevinən "Liverpul" komandası tarixində 6-cı dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.

UEFA Çempionlar Liqası
1 iyun
Final

“Tottenhem” – “Liverpul” 0:2
Qollar: Məhəmməd Salah, 2 (0:1), Divok Origi, 87 (0:2).