"Liverpul"da yeni müqavilə

"Liverpul" klubu kapitanı Cordan Hendersonla müqavilə yeniləyib. 

SportLine.az "mersisaydlılar"ın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə imzalanan yeni müqavilənin şərtlərinə əsasən, futbolçu növbəti 5 ildə klubun şərəfini qoruyacaq.

Qeyd edək ki, C.Henderson 2011-ci ildə "Sanderlend"dən transfer edilib.