"Liverpul"da yeni müqavilə

İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleynlə müqaviləni uzadıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb.

"Liverpul" İngiltərə millisinin üzvünü 2017-ci ildə "Arsenal"dan 38 milyon avroya transfer etmişdi.