"Liverpul"dan "Napoli"yə 70 milyonluq təklif

"Liverpul" heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, "mersisaydlılar" "Napoli"nin hücumçusu Lorenzo İnsinyeyə "elçi düşüblər".

"La Republica"nın məlumatına görə, Premyer Liqa klubu artıq Neapol təmsilçisinə rəsmi təklif də ünvanlayıb. Qeyd olunur ki, "qırmızılar" 27 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazırdırlar.

"Liverpul"un cari mövsümün sonunadək "Napoli" ilə razılıq əldə etmək niyyətində olduğu bildirilib.