"Liverpul"dan "Roma"ya 62 milyonluq təklif

Yay transfer pəncərəsində qapı xəttini gücləndirməyi planlaşdıran "Liverpul" "Roma"nın qolkiperi - Alissonu hədəf alıb.

SportLine.az goal.com saytına istinadən xəbər verir ki, "mersisaydlılar" braziliyalı futbolçunun keçidini indidən həll etmək niyyətindədirlər. Məlumata görə, Premyer Liqa təmsilçisi Alisson üçün 62 milyon funt-sterlinq ödəməyə hazırdır. 

Qeyd edək ki, 25 yaşlı qapıçı 2016-cı ildə "İnternasyonal"dan "Roma"ya keçib.