"Liverpul"un Çempionlar Liqası yolu

126 yaşlı “Liverpul” tarixində 6-cə dəfə UEFA Çempionlar Liqasının qalibi ola bilər.

Sportline.az xəbər verir ki, Mersesayd klubu ilk dəfə 1976/1977-ci illər mövsümündə qitənin ən mötəbər turnirinin kubokunu qazanıb. “Qırmızılar” əvvəllər Avropa kuboku adlanan yarışın finalında Mönhenqladbax “Borussiya”sından üstün olublar.

Növbəti mövsümdə də fəxri mükafata iddialı olan komanda bu dəfə də istəyinə çatıb. Londonakı finalda Belçikanın “Brügge” komandasını məğlub edən “Liverpul” azarleşlərini kubokla sevindirib.

İngiltərə kollektivi 1 illik fasilədən sonra 3-cü dəfə Avropa kubokunda bütün komandalardan üstün olub. “Liverpul” futbolçuları həlledici görüşdə “Real” Madridə qalib gəliblər.

Növbəti çempionluq isə 1983/1984-cü illər mövsümünə təsadüf edib. Mersesayd klubu son oyunda “Roma” üzərində qələbə qazanıb.

Uzun müddət Çempionlar Liqasında uğursuz çıxış edən “Liverpul” sonuncu dəfə 2005-ci ildə fəxri mükafata yiyələnib. Unudulmaz final matçında 0:3 hesabıyla geriyə düşməsinə baxmayaraq, əzmkar qələbə qazanan “Liverpul” 5-ci dəfə kuboku muzeyinə aparıb.

Bu gün “Tottenhem”lə mübarizə aparan Yurgen Kloppun komandası 6-cı dəfə kubok sevincini yaşaya bilər. Qeyd edək ki, “Liverpul” finaladək pley-of mərhələsində “Bavariya”, “Portu” və “Barselona” komandaları mübarizədən kənarlaşdırıb.